Daniele Violetti: İndiyədək aparılan müzakirələrdə...
13:10 09.09.2026
0
0
0
Azərbaycan atleti Tehran Məmmədov Qətərin paytaxtı Dohada keçirilən tələbələr arasında dünya çempionatının qalibi olub.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasından verilən məlumata görə, 65 kq çəki dərəcəsində mübarizə aparan Tehran birdən qaldırma hərəkətində göstərdiyi 130 kq nəticə ilə gümüş medala yiyələnib.
Məmmədov təkanla qaldırma hərəkətində 159 kq ağırlığı başı üzərinə qaldıraraq fəxri kürsünün birinci pilləsinə qalxıb.
Tehran Məmmədov toplamda 289 kq nəticə ilə dünya çempionatının qalibi adını qazanıb.
Bununla da o, tələbələrin dünya çempionatında qalib gələn ilk Azərbaycan atleti kimi adını tarixə yazdırıb.
Digər xəbərlər