NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Azərbaycan Almatıda IV Beynəlxalq Gənclər Festivalında təmsil olunur

...

Almatıda Türk Dövlətləri Təşkilatının (TDT) IV Beynəlxalq Gənclər Festivalının açılış mərasimi olub.

"Şərq qapısı" Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Qazaxıstanın cənub paytaxtı ilk dəfə olaraq “2025-ci il Türk dünyasının gənclər paytaxtı” statusuna layiq görülüb.

Açılış mərasimində Lənkəran şəhərinin nümayəndələri rəmzi açarı təntənəli şəkildə Almatı gənclərinə təhvil verib, bununla da qardaşlıq, etimad və yeni imkanlar estafetini davam etdiriblər.

Tədbirdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin, o cümlədən Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkiyə və Özbəkistan nümayəndələri gənclər siyasəti, sahibkarlıq, vətəndaş fəallığı və sosial təşəbbüslərin inkişafı sahəsində layihələrin həyata keçirilməsində təcrübələrini bölüşəcəklər.

Nəşr edilib : 19.08.2025 12:31