Naxçıvan Muxtar Respublikasında 24 noyabra gözləni...
00:11 24.11.2024
0
0
0
COP29 çərçivəsində Azərbaycan Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti ilə “yaşıl enerji” layihələri çərçivəsində uğurlu əməkdaşlığı müzakirə edib.
"Şərq qapısı" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun COP29 çərçivəsində “ACWA Power” şirkətinin baş icraçı direktoru Marko Arçelli ilə keçirilən görüşdə aparılıb.
Görüşdə bərpa olunan enerjinin səmərəliliyinin, alternativ enerji mənbələrinin enerji sektorunda payının artırılmasının ölkəmizin iqtisadi inkişaf strategiyasında vacib məsələlərdən olduğu diqqətə çatdırılıb. Bu istiqamətdə alternativ enerji sektorunda aparıcı şirkətlərdən olan “ACWA Power” şirkəti ilə əməkdaşlığa önəm verildiyi qeyd olunub.
Tərəflər bərpa olunan “yaşıl enerji” layihələri çərçivəsində şirkətin ölkəmizlə birgə fəaliyyətinin uğurla irəliləməsindən məmnunluq ifadə ediblər. Azərbaycanda əlverişli investisiya imkanlarının artırılması, SOCAR-la əməkdaşlığın şaxələndirilməsi və karbonsuzlaşma istiqamətində atılan addımlar nəzərdən keçirilib.
Digər xəbərlər