MDB Hökumət Başçıları Şurasının iclasında təsdiqlə...
12:44 05.06.2025
0
0
0
Azərbaycan Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə dəniz suyunun duzsuzlaşdırılması sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib.
"Şərq qapısı" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Nazir qeyd edib ki, 30-cu Bakı Enerji Həftəsi çərçivəsində "ACWA Power" şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Əbunəyyan ilə görüş keçirilib.
"Görüşdə qlobal enerji gündəliyinin prioritetləri, dayanıqlı biznes modellərə keçidin əhəmiyyəti, "yaşıl enerji" sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə etdik",-deyə M.Cabbarov vurğulayıb.
Digər xəbərlər