NAXÇIVAN :

12 Sentyabr 2026, Şənbə

Azəbaycan neftinin qiyməti 120 dolları ötüb

...

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
“Şərq qapısı" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,48 dollar və ya 0,4% artaraq 120,02 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 119,54 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Nəşr edilib : 12.09.2026 11:12