NAXÇIVAN :

08 Yanvar 2025, Çərşənbə

AZAL-ın təyyarəsinin şifrəsi açılan “qara qutu”ları Qazaxıstana göndərilib

...

Qazaxıstanda qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus təyyarənin “qara qutu”larının təhlilini Braziliyada Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi (CENIPA) başa çatdırıb.

"Şərq qapısı" Braziliyanın G1 portalına istinadən xəbər verir ki, araşdırmada iştirak edən mənbələrin sözlərinə görə, iki qeydiyyat cihazında olan məlumatların çıxarılması, əldə edilməsi və yoxlanılması başa çatıb.

“O Globo” nəşrinin yazdığına görə, qurum artıq müvafiq məlumatları Qazaxıstana göndərib. Avadanlıq yanvarın 1-də Braziliya ərazisinə gətirilib və növbəti gün onun təhlilinə başlanılıb.

Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Nəşr edilib : 07.01.2025 11:18