Azərbaycan Mərakeşdə keçirilən SIAM 2026 sərgisind...
17:22 21.04.2026
0
0
0
İşğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlərdən 5300-dək şəxsin məşğulluğu təmin edilib.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi məlumat yayıb.
Bildirilib ki, onlardan 415 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.
Doğma yurdlarına qayıtmış vətəndaşlardan 245 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib. Kursları bitirənlərin yeni yiyələndikləri peşələr üzrə işlə təminatı da həyata keçirilir.
İşğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlərdən hazırda daha 652 nəfərin məşğulluğunun təmin olunması istiqamətində iş aparılır.
Digər xəbərlər