NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Azad edilmiş ərazilərdə daha 135 mina, 1661 PHS aşkarlanıb

...

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (22.09.2025-28.09.2025) məlumat açıqlanıb.

"Şərq qapısı" xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA)  verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 100 piyada əleyhinə mina, 35 tank əleyhinə mina, 1661 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1225,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Nəşr edilib : 29.09.2025 12:29