NAXÇIVAN :

05 Noyabr 2026, Cümə axşamı

AYNA oktyabrın sonlarında 715 sahibkara 6993 xidmət göstərib

...

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən oktyabrın 26-30-da Bakı şəhəri və regionlar üzrə 715 sahibkara 6993 xidmət göstərilib.

AYNA-dan bildirilib ki, beynəlxalq yükdaşıma üzrə 705 daşıyıcı 4566 xidmətdən (“İcazə” blankı və taxoqraf kartı), fərqlənmə nişanı üzrə 5 daşıyıcı 2418 xidmətdən (taksi və avtobus üzrə) yararlanıb. Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımasına dair 5 vətəndaşa informasiya xidməti - 9 sənəd (1 çoxtərəfli sənəd, 6 müqavilə, 1 pasport, 1 razılaşdırma protokolu) üzrə xidmət göstərilib. Regionlar üzrə isə ümumi 171 sahibkara (daşıyıcıya) 1214 xidmət göstərilib.

Nəşr edilib : 05.11.2026 16:50