NAXÇIVAN :

27 Dekabr 2024, Cümə

AYNA: COP29-da avtobuslarla 600 mindən çox sərnişin daşınıb

...

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində 600 mindən çox sərnişin daşınıb.

Bu barədə "Şərq qapısı" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Bildirilib ki, bu dövrdə 47 min avtobus səfəri, 30 mindən çox taksi səfəri həyata keçirilib.

“Bununla yanaşı, 100-ə qədər əşya tapılaraq sahiblərinə qaytarılıb”, - deyə məlumatda qeyd edilib.

Nəşr edilib : 26.11.2024 14:24