Ombudsman beynəlxalq təşkilatları minatəmizləmə il...
19:32 03.08.2026
0
0
0
ABŞ Prezidenti Donald Tramp noyabrda keçiriləcək Konqresə aralıq seçkilərin nəticələrinin onun siyasi mövqeyinə ciddi təsir göstərməyəcəyinə inanır.
"Şərq qapısı" xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Nəşrin yazdığına görə, Tramp Respublikaçılar Partiyasının Konqresdə çoxluğu itirməsi ehtimalından ciddi narahat deyil və seçkilərin nəticəsindən asılı olmayaraq partiya daxilində güclü dəstəyə malik olacağına əmindir.
Məlumata görə, Tramp 2028-ci il prezident seçkilərində üçüncü dəfə namizəd ola biləcəyinə dair açıqlamalar verməyə davam etsə də, əslində, hazırkı Vitse-prezident Cey. Di. Vensin Respublikaçılar Partiyasının namizədi olmasını dəstəkləyir. Potensial vitse-prezidentliyə namizəd kimi isə Dövlət katibi Marko Rubionun adı çəkilir.
ABŞ-də Konqresə aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Səsvermə zamanı Senatın üçdə biri və Nümayəndələr Palatasının bütün tərkibi yenidən seçiləcək.
Digər xəbərlər