Azərbaycanın BMT yanında daimi nümayəndəsi etimadn...
22:46 04.02.2025
0
0
0
NAXÇIVAN :
05 Fevral 2025, Çərşənbə
Yağışlı, qarlı, soyuq hava şəraitində buz bağlamış yollarda sürücülərin qəza törətmələri qaçınılmazdır. Şaxtalı havalar təkcə qəza vəziyyəti yaratmır, həmçinin avtomobillərin işləkliyinə də maneə törədir. Bütün bunların qarşısını almaq isə, təbii ki, öz əlimizdədir. Bunun üçün müəyyən qabaqlayıcı tədbirlər görülməlidir. Mövzu ilə bağlı suallarımızı avtomobil ustası İlham Əsədova ünvanladıq. Qış mövsümünə hazırlığın, əslində, payız aylarından başlanmalı olduğunu bildirən müsahibim deyir ki, ilk növbədə, təkərlər dəyişilməli, yəni aşağı temperaturda, qarlı, buzlu yollarda avtomobilin sürüşkənliyinin qarşısını almaq üçün qış təkərlərindən istifadə olunmalıdır. Akkumulyatorlar avtomobil üçün vacib və qış aylarında ən çox problem yaradan qurğulardır. Belə ki, enerji dəyərləri keyfiyyətsiz, köhnə, yaxud artıq yararsız vəziyyətdə olan akkumulyatorlar soyuq havada işləkliyini, demək olar ki, itirir və avtomobili işə salmaqda çətinlik yaradır.
İlham Əsədov deyir ki, digər bir mühüm məsələ mayelərin dəyişdirilməsidir. Belə ki, radiatorda olan su şaxtalı havada donduğuna görə həmin suyu antifrizlə əvəz etmək lazımdır. Mayelərin dəyişdirilməməsi həm avtomobilin mühərrikinə ziyan verə, həm də don baş verməsi səbəbindən sistemi zədələyə bilər: “Həmçinin suvuran və şüşəsilən mexanizmin işlək vəziyyətdə olub-olmadığına diqqət edilməli, şüşəsilən mexanizmin rezini yararsızdırsa, dəyişilməlidir. Çünki bu, yağışlı-qarlı havalarda sürücülərdə görmə məhdudiyyəti yarada bilər. Digər diqqət yetirilməli məsələ isə avtomobilin kondisioner sisteminin işləkliyinin yoxlanmasıdır. Qış üçün xüsusi yağlardan istifadə edilməlidir. Soyuqda duru yağ tez donduğundan qatı yağa ehtiyac duyulur ki, motora zərər verməsin”.
Ümumiyyətlə, avtomobilin sazlığından əmin olmağın vacibliyini vurğulayan müsahibim əyləclərin borularına, əyləc bəndlərinə (nakladkalara), avtomobilin alt hissəsində olan bəzi detallara nəzarət etməyi məsləhət görür.
Avtomobillərin sazlığı həyatımız üçün vacibdir. Biz isə bu şaxtalı, buzlu hava şəraitində sürücülərə qəzasız yol arzu edirik.
Türkanə ƏSƏDOVA
Digər xəbərlər