NAXÇIVAN :

16 Iyul 2025, Çərşənbə

Avtomobil yolunda yaranan sel fəsadları aradan qaldırılır

...

"Şərq qapısı" xəbər verir ki, Şərur rayonuna yağan güclü yağış nəticəsində Havuş kənd avtomobil yoluna sel gəlib. Sel sularının yolları yuması nəticəsində bəzi hissələr yararsız hala düşüb. Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları əraziyə cəlb olunub. Yolun bərpası və hərəkətin normal şəkildə təmin olunması istiqamətində aparılan işlər davam etdirilir.

Nəşr edilib : 06.07.2025 14:39