NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Avropa Liqası: "Qarabağ"ın ilk ev oyununda qonaq azarkeşlər üçün biletlərin qiyməti bəlli olub

...

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda keçiriləcək "Qarabağ" - "Malmö" matçını izləmək istəyən qonaq komandanın azarkeşləri üçün biletlərin qiyməti məlum olub.

Bu barədə İsveç təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Səfər fanatları üçün biletin qiyməti 140 İsveç kronudur (təxminən 24 manat).

Qarşılaşmanı izləmək üçün qonaq tərəfdarlar ayrılmış vauçerləri "Malmö"nün rəsmi saytından əldə edə bilərlər. Onlar daha sonra bunları biletlərlə diyişdirməlidirlər. Mübadilənin necə və vaxt olacağı bilet alıcılarının elektron poçt ünvanlarına göndəriləcək.

Qeyd edək ki, oktyabrın 3-də təşkil olunacaq "Qarabağ" - "Malmö" görüşü saat 20:45-də start götürəcək. Azərbaycan çempionu I turda, sentyabrın 26-da İngiltərədə "Tottenhem"lə üz-üzə gələcək.

Nəşr edilib : 20.09.2024 20:14