NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Astanada “Köçəri mahnıları” festivalında Azərbaycan nəğmələri səsləndirilib

...

Astanada "Kóshpendiler áýeni" (“Köçəri mahnıları”) II Beynəlxalq Etnik Musiqi Festivalı keçirilib.

"Şərq qapısı" “Kazaxkonsert”ə istinadla xəbər verir ki, konsertə gələnlər yaradıcılığında xalq adət-ənənələri, köçəri mədəniyyətinin sədaları və Türk dünyasının musiqi irsi ilə dərindən bağlı olan sənətkarların çıxışlarından zövq alıblar.

Festival proqramı orijinal çöl melodiyalarından tutmuş xalq mahnılarının və instrumental əsərlərin orijinal yozumlarına qədər geniş janrları əhatə edib.

Azərbaycan bu festivalda “Zəfər” qrupu ilə təmsil olunub.

“Kóshpendiler áýeni” festivalı xalqları incəsənət və qədim musiqi ənənələri ilə birləşdirən etnik musiqinin orijinal formada canlandığı unikal mədəniyyət məkanına çevrilib.

Nəşr edilib : 20.10.2025 12:42