Paşinyan: Ermənistan və Azərbaycan sülh sazişini i...
12:50 16.07.2025
0
0
0
NAXÇIVAN :
16 Iyul 2025, Çərşənbə
Hələ qədim dövrlərdən arxivlərin meydana gəlməsinə xüsusi ehtiyac yaranmış, Səfəvilər dövründən etibarən arxiv fəaliyyətinin ilkin forması öz təşəkkülünü tapmışdı. Belə ki, həmin dövrlərdə verilən fərmanlar, qanunlar külliyyatı və sair mühafizəçilər tərəfindən qorunmuş, bu ənənə sonrakı dövrlərdə də davam etdirilmişdir. Bütün növ sənədlərin qorunub saxlanması həm dövlətimizin keçmişi haqqında daha dəqiq məlumat əldə etməyə imkan verir, həm də əhali üçün lazım olan sənədlərin yox olmaması baxımından xüsusi önəm daşıyır. Azərbaycanda arxiv işinin yaranma tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır. Həmin dövrlərdə baş vermiş mürəkkəb ictimai-siyasi hadisələr arxiv işinin yaranması prosesinin tamamlanmasına imkan vermədiyindən sonrakı dövrlərdə sahibkarlara məxsus fabrik, zavod və digər müəssisələrin sənəd və materiallarının toplanması və saxlanılması işi olduqca çətinləşmiş, arxiv işinin yaradılması zərurəti yaranmışdır.
Ölkəmizdə arxiv işinin dövlət səviyyəsində təşkili məhz 1920-ci ili əhatə edir. Müasir dövrdə arxiv işi yüksək səviyyədə qurulub və bu sahədə arxiv işçilərinin rolu danılmazdır.
Bu gün ölkəmizdə fəaliyyət göstərən bütün dövlət arxivləri öz xidmətlərini “ASAN xidmət” mərkəzlərində ən yüksək səviyyədə həyata keçirir. Naxçıvan regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi də həmin arxivlər sırasındadır.
Bəs burada, əsasən, hansı xidmətlər göstərilir? Bunu Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin Arxiv fond sənədlərindən istifadə və publikasiya şöbəsinin əməkdaşı Gülay Məmmədovadan öyrənirik. Gülay xanım 2023-cü ildən etibarən Naxçıvan regional “ASAN xidmət” mərkəzində arxiv xidmətində çalışır. Müsahibim deyir ki, bu xidmət fiziki və hüquqi şəxslərin müraciəti əsasında onların hüquqi və qanuni mənafelərini təmin edəcək sosial-hüquqi xarakterli məlumat daşıyıcısı olan arxiv arayışı, yaxud arxiv sənədlərindən çıxarışların verilməsini əhatə edir.
Gülay xanım bildirir ki, xidmətin həyata keçirilmə formaları poçt xidməti vasitəsilə xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcılarda təqdim olunması, yaxud elektron müraciət forması ilə oluna bilər.
Arxiv xidməti də digər xidmətlər kimi Azərbaycan Respublikasının bu sahə ilə bağlı müəyyən etdiyi qanunvericilik aktlarına əsasən aparılır. O qeyd edir ki, xidmət “Ödənişli arxiv xidmətlərinin siyahısının və onların göstərilməsinə görə xidmət haqlarının məbləği”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 31 iyul tarixli Qərarına əsasən aparılır. Həmçinin əlavə edir ki, həmin qərarda öz əksini tapan şəhid ailələri, qazilər və əlilliyi olan şəxslərə xidmət ödənişsiz şəkildə həyata keçirilir.
Hazırda Naxçıvan regional “ASAN xidmət” mərkəzinin Arxiv arayışlarının verilməsi bölməsində Naxçıvan Dövlət Arxivini uğurla təmsil edən 3 əməkdaş çalışır. Onlar Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin həyata keçirdiyi xidmətlər üzrə vətəndaş məmnuniyyətinin təmin olunmasına görə əllərindən gələni əsirgəmir və onlar üçün yaradılmış şəraitin müqabilində vətəndaşlara layiqli şəkildə xidmət etməyi özlərinə borc bilirlər.
Türkanə ƏSƏDOVA
Digər xəbərlər