Türkiyədə bina uçub, dağıntılar altında qalanlar v...
22:24 24.01.2025
0
0
0
NAXÇIVAN :
25 Yanvar 2025, Şənbə
"Şərq qapısı" xəbər verir ki, imzalanan Anlaşma Memorandumu “Asan xidmət” mərkəzi və universitet arasında “Universitetlərdə innovasiya mühitinin formalaşdırılması və inkişaf etdirilməsi sahəsində əməkdaşlığa dair” sənəddir.
Öncə rəsmilər startap komandalarının layihələrinin təqdim olunduğu stendlərə baxıblar. Ardınca dövlət agentliyi ilə layihəyə yeni qoşulan Naxçıvan Dövlət Universiteti arasında “Universitetlərdə innovasiya mühitinin formalaşdırılması və inkişaf etdirilməsi sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu imzalanıb.
Anlaşma Memorandumunu dövlət agentliyinin sədri Ülvi Mehdiyev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev imzalayıblar.
Məlumat üçün qeyd edək ki, BP şirkəti və Türkiyənin “Bilişim Vadisi” ilə birgə həyata keçirilən 6 aylıq inkubasiya proqramına ilkin mərhələdə 47 komanda qeydiyyatdan keçib, onlardan 30-u seçilib və 10 komanda proqramda iştirak hüququ qazanıb. Proqram müddətində türkiyəli mütəxəssislər tərəfindən müxtəlif sahələrdə təlimlər təşkil edilib.
2021-ci ilin aprel ayından həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan ixtira sahəsinə yönləndirilməsidir. Bununla bərabər, bağlanılmış Anlaşma Memorandumu əsasında NDU Texnologiyalar Parkı ilə əməkdaşlıq nəzərdə tutulur. Belə ki, NDU Texnologiyalar Parkının gələcək fəaliyyət istiqaməti sahələri içərisində bu Anlaşma Memorandumundan irəli gələn bir sıra məsələlər öz əksini tapmaqdadır.
Digər xəbərlər