NAXÇIVAN :

19 Yanvar 2026, Bazar ertəsi

Artıq bu istiqamətdə avtomobil saxlamaq qadağandır

...

Naxçıvan şəhərində nəqliyyat vasitələrinin sərbəst və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə şəhərin mərkəz hissəsini təşkil edən Heydər Əliyev prospekti boyunca hər iki istiqamətdə avtomobillərin saxlanılması qadağan olunub.  
Bu barədə Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Ayaz İsmayılov jurnalistlərə açıqlamasında bildirib: “Naxçıvan şəhərində hərəkət sıxlığının artması səbəbindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması, xüsusilə də avtomobillərin rahat və fasiləsiz hərəkətini təmin etmək məqsədilə Naxçıvan Şəhəri, Heydər Əliyev prospektində dayanma-durma qadağandır nişanların quraşdırılması prosesinə başlanılıb”. 
Eyni zamanda Ayaz İsmayılov onu da diqqətə çatdırıb ki, yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəblərindən biri də dayanma‐durma qaydalarının pozulmasıdır: "Ona görə də bir daha sürücülərdən tələbimiz, eyni zamanda xahişimiz ondan ibarətdir ki dayanma-durma qaydalarına ciddi şəkildə əməl etsinlər”.

Nəşr edilib : 01.07.2025 14:44