Dağlar gözəli Şuşa yenidən ağ örpəyə bürünüb...
23:21 18.01.2026
0
0
0
"Şərq qapısı" xəbər verir ki, Babək Rayon Su Meliorasiya Sistemlərinin İstismarı şöbəsinin mexanik-çilingəri Naxçıvan şəhər sakini, 24.05.1967-ci il təvəllüdlü Suvarov Şahsuvar Qasım oğlunun "Araz Su Elektrik Stansiyası" yaxınlığında meyitinin olması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik əməliyyat qrupunun dalğıc-xilasediciləri cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə istintaq orqanına təhvil verilib.
İlkin araşdırma üzrə hadisə yerinə baxış keçirilərkən onun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı Babək rayon prokurorluğunda araşdırma aparılır.
Digər xəbərlər