NAXÇIVAN :

19 Aprel 2026, Bazar

“Araz-Naxçıvan” Peşəkar Futbol Klubu Naxçıvanda azarkeşlərlə görüşüb

...

Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan” Peşəkar Futbol Klubu Naxçıvan Muxtar Respublikasına səfər edib. 
“Şərq qapısı” xəbər verir ki, səfər çərçivəsində əsas komandanın futbolçuları və məşqçi heyəti Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Səfər çərçivəsində komanda üzvləri Naxçıvan Muxtar Respublika Stadionunda azarkeşlərlə görüşüb, akademiyanın azyaşlı futbolçuları ilə əyləncə xarakterli oyun keçiriblər.
Sonra  xatirə şəkilləri çəkdirilib.

Nəşr edilib : 07.10.2025 21:24