TDT-yə üzv dövlətlərin diaspor məsələlərinə məsul ...
14:36 27.11.2024
0
0
0
NAXÇIVAN :
27 Noyabr 2024, Çərşənbə
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, görüşdə BMT-nin ixtisaslaşmış qurumları olan Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizdəki nümayəndəsi Hande Harmancı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ölkəmizdəki nümayəndəsi Nasar Hayat iştirak ediblər.
Görüşdə AQTA sədri son illər ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər, eyni zamanda, COP29 zamanı görüləcək işlərə dair Agentlik tərəfindən hazırlanan Tədbirlər Planı və icrası ilə bağlı qonaqları məlumatlandırıb.
Azərbaycanda COP29-un təşkili sahəsində əməkdaşlıq çərçivəsində qida təhlükəsizliyi tələblərinin əldə olunmasına dəstək, keytrinq və mehmanxanalara dair qida təhlükəsizliyi tələbləri ilə bağlı birgə təlimlərin keçirilməsi, ictimai iaşə obyektləri üçün birgə çap materiallarının hazırlanması və paylanılması, “Vahid Sağlamlıq” sessiyasının təşkil edilməsi, FAO-nun dəstəyi ilə bu il iyulun birinci yarısında COP tədbirinin təşkili sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi məqsədilə COP27-yə ev sahibliyi etmiş Misir Ərəb Respublikasına təcrübə səfərinin həyata keçirilməsi ilə əlaqədar müzakirələr aparılıb.
Eyni zamanda, “Vahid Sağlamlığ”ın təmin edilməsi üzrə qurumlararası icra mexanizminin səmərəli və koordinasiyalı tətbiqi üçün fəaliyyət planının hazırlanması, beynəlxalq ekspertlərin cəlb edilməsi və təlimlərin keçirilməsi, antimikrob rezistentliyi üzrə birgə əməkdaşlığın həyata keçirilməsi məsələləri müzakirə mövzusu olub.
Tədbirdə əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr nəzərdən keçirilib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Digər xəbərlər