NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

AQEM-in Baş katibi: Azərbaycan ətraf mühitin qorunmasında böyük uğur əldə edib

...

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində təkliflər əsasən üzv ölkələrdən gəlir. Son 5 ildə AQEM çərçivəsində yeni qurumlar ortaya çıxıb.

"Şərq qapısı" xəbər verir ki, bunu “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən mətbuat konfransında AQEM-in Baş katibi Kayrat Sarıbay deyib.

O bildirib ki, qurumun beyin mərkəzləri əsasən aktual problemlərin həlli istiqamətində fikir mübadiləsi aparırlar: “Azərbaycan ətraf mühitin qorunmasında böyük bir uğur əldə edib. COP29-u artıq hər kəs danışır, xüsusilə hər kəs COP29-un nəticələrini müzakirə edir. Bunu isə AQEM çərçivəsində xüsusi bir qol olaraq qəbul edə bilərik”.

Nəşr edilib : 14.04.2026 15:40