NAXÇIVAN :

23 Fevral 2025, Bazar

APA COP29-un nəticələrini yüksək qiymətləndirib

...

Asiya Parlament Assambleyası (APA) ötən il noyabrın 11-22-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasının ekoloji və iqlimlə bağlı qlobal problemlərin həllinə mühüm töhfə verəcək uğurlu nəticələrini yüksək qiymətləndirib.

"Şərq qapısı" xəbər verir ki, bu, APA-nın 15-ci plenar sessiyasının Bakı Bəyannaməsində öz əksini tapıb.

Sənəddə həmçinin 2024-cü ilin noyabrında COP29-da Bakı İqlim Birliyi Paktının qəbulu alqışlanıb və COP29 Sədrliyinin təsirli iqlim fəaliyyətinə imkan verməyə yönəlmiş qlobal təşəbbüsləri təqdir edilib.

Nəşr edilib : 20.02.2025 11:35