Azərbaycan dili fənnindən imtahan keçirilib
11:40 03.05.2026
0
0
0
NAXÇIVAN :
03 May 2026, Bazar
“2020-ci ildə bütün dünya 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı qələbənin şahidi oldu. Düşmən döyüş meydanında darmadağın edildi. Qarşı tərəf kapitulyasiya aktını imzalamağa məcbur oldu. İşğaldan azad edilən ərazilərimizə qayıdan dinc əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ordumuz tərəfindən sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri başladıldı. 24 saatdan az müddətdə düşmənin tam məğlub edilməsi və minimum itkilərlə sona çatan bu əməliyyatı dünya hərb tarixinin mükəmməl örnəyi hesab etmək olar”.
Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aysel Dünyamalıyeva deyib.
Deputat qeyd edib ki, antiterror tədbirləri Azərbaycanın hərbi gücünün, ölkəmizdə hərbi quruculuq işinin mükəmməl şəkildə davam etdirildiyini və xalqımızın qələbə əzminin sarsılmaz olduğunu bir daha nümayiş etdirdi. Antiterror tədbirləri ilə torpaqlarımızın işğal altında qalmasına son nöqtə qoyuldu. 19-20 sentyabrda müstəqil Azərbaycanın yeni tarixi yeni səhifədən yazılmağa başladı.Müzəffər Komandanın “dəmir yumruq” əməliyyatını uğurla icra edən Azərbaycan Ordusu cəmi 44 günə düşməni diz çökdürdü. Azərbaycan Ordusunun hər bir addımı qəhrəmanlıq dastanına çevrildi. 30 ilə yaxın bir müddətdə Azərbaycan xalqının qəlbindən ağır daş kimi asılan torpaq həsrətinə son qoyulması, işğal altında olan ərazilərin azad edilməsi uğrunda 44 gün davam edən Vətən müharibəsi məhz əsl sərkərdə olduğunu sübuta yetirən cənab İlham Əliyevin gərgin və yorulmaz əməyi, vaxtında yaradılmış güclü iqtisadiyyat, mükəmməl ordu quruculuğu, Azərbaycana münasibəti köklü şəkildə dəyişmiş beynəlxalq siyasət və özünü “dəmir yumruq” kimi göstərmiş xalq-iqtidar birliyi əsasında şanlı qələbə ilə başa çatdı.
“Bu gün Prezident İlham Əliyevin rəhbərliyi sayəsində müstəqil Azərbaycan daha möhtəşəm gələcəyə doğru inamla addımlayır. Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşamaqla bərabər, həm də ən möhtəşəm zəfərinə müəlliflik edir. Bu zəfərin memarı, böyük nailiyyətlərin səbəbkarı isə cənab İlham Əliyevdir. Əgər Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın memarıdırsa, Prezident İlham Əliyev Qarabağımızı bizlərə qaytaran və onu yenidən gülüstana döndərəcək qətiyyətli Lider kimi tarixdə əbədi qalacaq”,- deyə deputat Aysel Dünyamalıyeva əlavə edib.
Digər xəbərlər