Pakistanın Baş naziri: Azərbaycan xalqının birliyi...
14:33 26.12.2024
0
0
0
NAXÇIVAN :
26 Dekabr 2024, Cümə axşamı
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri universitetin İqtisadiyyat və Hüquqşünaslıq ixtisaslarında təhsil alan tələbələri ilə görüşüblər. Universitetin iqtisadi məsələlər üzrə rektor müşaviri Ülvi Baxışlı tədbir iştirakçılarını salamlayaraq bildirib ki, 2024-cü il Naxçıvan Dövlət Universitetində Universitet-Sənaye iş birliyi çərçivəsində bir sıra tədbirlər reallaşdırılıb, müxtəlif dövlət-özəl müəssisələri qarşılıqlı əmakdaşlığa dair memorandumlar imzalanıb. Bu tədbirlər təhsil müəssisələri ilə sənaye sektorunun birgə fəaliyyətini gücləndirmək, tələbələrə praktiki biliklər qazandırmaq və onların əmək bazarına hazırlığını təmin etmək məqsədi daşıyır.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini, rəis vəzifələrini icra edən Seymur Cəfərov əməkdaşlıq çərçivəsində AİBNDX-nin nümayəndələri və Naxçıvan Dövlət Universiteti tələbələri ilə görüşlərin davamlı keçirilməsini hər iki müəssisə üçün faydalı addım kimi qiymətləndirib. Bu məqsədlə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşları tərəfindən İqtisadiyyat və idarəetmə və Beynəlxalq münasibətlər və hüquq fakültəsinin müvafiq ixtisaslarında təhsil alan tələbələr üçün mühazirələr təşkil olunduğunu diqqətə çatdırıb. Mühazirə mövzularına mütəxəssislər tərəfindən antiinhisar qanunvericiliyi, istehlakçı hüquqları və rəqabət məcəlləsi və auditoriyanı maraqlındıran bir sıra digər mühüm məsələlər barədə məlumatlar daxil edilib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlak Bazarına Nəzarət Şöbəsinin müdiri Yusif Tapdıqlı görüş zamanı AİBNDX-nin istehlak bazarında nəzarət sahələri və bu sahədəki gözləntilər barədə məlumat verərək bazarın effektiv tənzimlənməsi və istehlakçı hüquqlarının qorunmasının vacibliyini vurğulayıb.
İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri vəzifələrini müvəqqəti icra edən Elşən Cəfərov isə istehlakçının hüquqi münasibətlərini tənzimləyən qanunvericilik aktları barədə məlumat verərək bazarda qanunvericiliyin tətbiqi mexanizmlərinin əhəmiyyətini vurğulayıb.
Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin müdiri Şahin Nağıyev məruzəsində Rəqabət Məcəlləsinin strukturu, təsərrüfat subyektlərinin təmərküzləşməsinə səbəb olan hallar, haqsız rəqabətin formaları və rəqibin sahibkarlıq fəaliyyətinin təqlidi mövzularına yer verib. O həmçinin haqsız rəqabətin qarşısının alınması üçün qanunvericilik çərçivəsində görülən tədbirləri və bir sıra real faktları diqqətə çatdırıb.
Çıxışlar zamanı tələbələrin sualları cavablandırılıb və görüş interaktiv müzakirə formatında keçirilərək sonlandırılıb.
Digər xəbərlər