NAXÇIVAN :

30 Sentyabr 2026, Çərşənbə

Ankaradakı iclasda Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolundan danışılıb

...

Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sektorunun inkişafı şöbəsinin əməkdaşı Azər Qaraşov Ankarada keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) Ticarət üzrə İşçi Qrupunun 27-ci iclasında iştirak edib.

AMB-dən bildirilib ki, o, tədbirdə “Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolu” mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı faktorinq və islam bankçılığı üzrə həyata keçirilən tədbirlər, o cümlədən maliyyə alətlərinin ixracın artırılmasındakı rolu ilə bağlı əsas məqamlar diqqətə çatdırılıb.

Tədbirdə iştirak edən ölkə nümayəndələri tərəfindən ixracın inkişaf etdirilməsi ilə bağlı istifadə olunan maliyyə alətləri barədə mövcud təcrübələr paylaşılıb, eləcə də bu istiqamətdə müzakirələr aparılıb. Müzakirələr zamanı ixracın təşviqi və genişləndirilməsi üçün zəruri olan maliyyə alətləri, onların tətbiqi mexanizmləri və ixracatçılara maliyyə dəstəyinin gücləndirilməsi, habelə bu alətlərin tətbiqi zamanı qarşıya çıxan əsas çətinliklər və onların aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 30.09.2026 17:00