TÜRKPA-nın iclasının iştirakçıları Ulu Öndərin məz...
11:56 22.01.2025
0
0
0
NAXÇIVAN :
22 Yanvar 2025, Çərşənbə
Yanvarın 21-də Ankarada Türkiyə ilə İsveç arasında Təhlükəsizlik Mexanizminin iclası keçiriləcək. Bu tədbir iki ölkə qurumları arasında terrorla mübarizə mövzusunda əməkdaşlığın inkişafı baxımından böyük əhəmiyyət daşıyır.
"Şərq qapısı" xəbər verir ki, görüşdə Türkiyənin XİN rəhbəri Hakan Fidan, daxili işlər naziri Ali Yerlikaya, İsveç xarici işlər və ədliyyə nazirləri Maria Malmer Stenergard və Qunnar Strömmer iştirak edəcək.
Nazir Fidanın toplantıda terrorizmə qarşı mübarizədə Türkiyənin, İsveçdən PKK/PYD/YPG və İŞİD-ə qarşı atmasını gözlədiyi əlavə addımlar, terror təşkilatlarının maliyyələşmə və təbliğat fəaliyyətlərinin dayandırılmasının təmini, Avropada yüksələn islamofobiya və irqçilik dalğalarından irəli gələn narahatlıq və buna qarşı aparılması zəruri hal alan addımlar mövzularına toxunması gözlənilir.
Görüşdə həmçinin, fikirlərin müdafiə sənayesi sahəsindəki məhdudiyyətlərin aradan qaldırılmasından sonra yaranan yeni dövr üçün nəticəyə cəmlənməsi və Türkiyənin uzunmüddətli əməkdaşlığı inkişaf etdirmək məqsədinə dair fikirlər ifadə ediləcək.
Qeyd edək ki, ötən il sentyabrın 18-də Ankarada keçirilməsi planlaşdırılan iclas, İsveç nümayəndə heyətinin təyyarəsinin nasazlıq yaşaması səbəbindən təxirə salınmışdı.
Xatırladaq ki, Türkiyə ilə İsveç arasında nazirlər səviyyəsində “Təhlükəsizlik Mexanizmi”nin qurulmasına dair qərar 2023-cü ildə NATO-nun Vilnüsdə keçirilən Zirvə görüşü çərçivəsində, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İsveçin Baş naziri Ulf Kristersson və NATO-nun Baş katibinin iştirakı ilə baş tutan toplantıda alınıb. Terrorun hər növü və fəsadlarına qarşı mübarizə məqsədi ilə 2022-ci ildə Türkiyə, İsveç və Finlandiya arasında imzalanan Üçtərəfli Anlaşma Memorandumunda qeyd olunan öhdəliklərin tamamilə yerinə yetirilməsi məqsədilə “yol xəritəsi”nin təqdim edilməsi razılaşdırılıb.
Bu memorandum ilə İsveç və Finlandiya terrorizmə qarşı qanunvericiliyin gücləndirilməsi, PKK və onun dəstəkçilərinin həmin ölkələrdəki fəaliyyətlərinin məhdudlaşdırılması, FETÖ və PKK/PYD/YPG-ya dəstək verilməməsi, Türkiyənin terrorla bağlı ekstradisiya və ya terrorçuların sərhəddən keçməsinin qarşısının alınması tələblərinin dərhal yerinə yetirilməsi, terror təşkilatlarının təbliğat, maliyyələşmə və üzvlük fəaliyyətlərinin dayandırılması, müdafiə sənayesi üzrə Türkiyəyə qarşı tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması üzrə öhdəlik götürüb.
Memorandum, imzalanmasından qısa müddət sonra (1 iyul 2022-ci il) İsveç tərəfində qüvvəyə minib və bəzi addımlar atılmağa başlanıb. Bu çərçivədə, terror təşkilatı ilə əlaqədə olmaq və onlara dəstək vermək hallarının qarşısını almaq üçün 2023-cü il yanvarın 1-dən etibarən İsveç Konstitusiyasında dəyişiklik edilib, “Terrorizmlə Mübarizə Qanunu” qüvvəyə minib və buna əsasən terror təşkilatına qoşulmaq cinayət hesab edilməyə başlayıb.
İsveç, Türkiyə ilə əlaqəli məhkəmə işləri və digər məsələlərdə əlaqələndirməni təmin etmək məqsədilə əlaqələndirici prokuror təyin edib. PKK-nın İsveçdəki əsas maliyyələşmə mənbələrindən sayılan “Kürt Kızılayı” qurumunun İsveçdəki bank hesabı bağlanıb və bəzi PKK üzvləri ilə bağlı məhkəmə prosesi başladılıb. İsveç təhlükəsizlik qurumları tərəfindən 2024-cü ilin fevralında yayımlanan illik qiymətləndirmə hesabatlarında PKK-nın maliyyələşmə və təbliğat fəaliyyətlərinə toxunulub.
Digər xəbərlər