NAXÇIVAN :

11 Avqust 2026, Çərşənbə axşamı

Andraş Baka Macarıstanın yeni prezidenti seçilib

...

Macarıstan parlamenti ölkənin yeni prezidenti vəzifəsinə Ali Məhkəmənin keçmiş sədri Andraş Bakanı seçib.

"Şərq qapısı" xəbər verir ki, onun namizədliyinin lehinə 140 deputat, əleyhinə isə 6 deputat səs verib. Səsvermədə ümumilikdə 146 parlamentari iştirak edib. Andraş Baka prezidentliyə yeganə namizəd olub. “Bizim Vətənimiz” partiyasının nümayəndəsi Tot Mate isə namizədliyinin irəli sürülməsi üçün tələb olunan sayda tövsiyə səsi toplaya bilməyib.

Hakim “Fides-KDNP” koalisiyası Tomaş Şuyokun vəzifədən uzaqlaşdırılmasını qanunsuz hesab edərək seçkidə iştirak etməyib.

Səsvermənin nəticələri elan edildikdən sonra Andraş Baka prezident andı içib. O, avqustun 19-da vəzifəsinin icrasına başlayacaq. Andraş Baka çıxışında qanunun aliliyinin, konstitusiya mədəniyyətinin və cəmiyyətin dövlət institutlarına etimadının bərpasının zəruriliyini bildirib.

Yeni dövlət başçısı vurğulayıb ki, milli birlik baxışların eyniliyi demək deyil və prezident siyasi neytrallığını qorumalıdır. O, həmçinin bütün vətəndaşların hüquqlarının qorunmasına və onlara hörmətlə yanaşılmasına çağırıb.

Nəşr edilib : 11.08.2026 21:00