Səlahiyyətli nümayəndə Şahbuz rayonunda vətəndaşla...
18:47 21.11.2024
0
0
0
Türkiyənin birinci xanımı Əminə Ərdoğan İstanbulda Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla görüşüb.
Anar Ələkbərov Əminə Ərdoğanı Heydər Əliyev Fondunun gördüyü işlər və COP29-a hazırlıq işləri barədə məlumatlandırıb.
Ə.Ərdoğan Azərbaycanı COP29-a ev sahibliyi etməsi münasibətilə təbrik edib və Türkiyə olaraq qardaş Azərbaycanı dəstəkləmək üçün əllərindən gələni edəcəklərini bildirib.
“Türkiyə olaraq hər zaman qardaş ölkə Azərbaycanın yanındayıq”, - Ə.Ərdoğan vurğulayıb.
Digər xəbərlər