NAXÇIVAN :

13 Oktyabr 2026, Çərşənbə axşamı

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

...

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən sentyabrın 28-dən oktyabrın 4-dək icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.

ANAMA-dan  bildirilib ki, ötən həftə aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 254, tank əleyhinə 31 mina və 838 digər partlayıcı sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən həftə ərzində 1144,9 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Nəşr edilib : 05.10.2026 15:05