Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 7...
10:56 04.05.2026
0
0
0
Müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli siyasi və dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 18 iyul tarixli Sərəncamı ilə təsis olunan ANAMA-nın 27-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti və struktur bölmələrinin rəhbərləri Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib, məzarı önünə tər gül dəstələri qoyublar.
"Şərq qapısı" xəbər verir ki, ANAMA-dan bildirilib ki, ziyarətçilər sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Digər xəbərlər