NAXÇIVAN :

29 Iyul 2026, Çərşənbə

“American Airlines” internet kəsintisi səbəbindən uçuşları dayandırıb

...

ABŞ Federal Aviasiya Administrasiyası internet kəsintisi səbəbindən "American Airlines" aviaşirkətinin uçuşlarının müvəqqəti dayandırıldığını açıqlayıb.

"Şərq qapısı" xəbər verir ki, "American Airlines" şirkəti İT komandasının sistemlərin yenidən fəaliyyətə başlaması üçün intensiv işlədiyini bildirib.

Şirkətin məlumatına görə, problem aradan qaldırılanadək təyyarələrin uçuşuna icazə verilməyəcək.

Nəşr edilib : 29.07.2026 04:15