Culfa rayonunda kanaldan meyit aşkarlanıb
15:36 02.05.2026
0
0
0
NAXÇIVAN :
02 May 2026, Şənbə
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının tərtibatında Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, tanınmış dilçi-türkoloq alim və pedaqoq Əbülfəz Aman oğlu Quliyevin həyatı, elmi-ictimai fəaliyyətini əks etdirən bu biblioqrafik göstərici alimin 75 illik yubileyi münasibətilə tərtib olunub.
AMEA Rəyasət Heyətinin qərarına əsasən nəşr olunan biblioqrafik göstəricidə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Qərarı, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Naxçıvan Muxtar Respublikasının elm, mədəniyyət və ədəbiyyat xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı yer alıb. Bununla bərabər, alimin elmi və pedaqoji fəaliyyətini əks etdirən monoqrafiyaları, tərtib və tərcümə etdiyi kitabları, elmi və elmi-kütləvi məqalələri, dərslik və redaktə etdiyi əsərləri, dissertasiyalara rəhbərlik və opponentlik işləri daxil edilib. Həmçinin biblioqrafiyada alimin həyatının əsas tarixləri göstərilmiş, ictimai və elmi-pedaqoji fəaliyyəti haqqında qısa oçerk verilmiş, əsərləri, özü haqqında nəşr olunan yazılar, Azərbaycan dilinin tarixi və türk dillərinin tarixini geniş təbliğ edən müxtəlifsəviyyəli konfrans, simpozium və elmi seminarlarda etdiyi çıxış və məruzələri öz əksini tapıb.
Göstəriciyə daxil edilmiş materiallar dillər üzrə əlifba sırası ilə xronoloji qaydada və vahid ardıcıl nömrələnmə əsasında verilib.
“Elm” nəşriyyatında işıq üzü görən 264 səhifəlik biblioqrafiyanın elmi redaktoru texnika elmləri doktoru, dosent Hüseyn Hüseynov, tərtibçiləri Mahnur Həsənova və Aliyə Əbülfəzqızı, redaktorları isə filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Nərgiz Novruzovadır.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti
Digər xəbərlər