Culfa rayonunda kanaldan meyit aşkarlanıb
15:36 02.05.2026
0
0
0
NAXÇIVAN :
02 May 2026, Şənbə
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində ədəbiyyat və elmin müxtəlif sahələrində fəaliyyət göstərən tanınmış ziyalılarla görüş keçirilib.
Tədbirdə “Kredo” qəzetinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı, şair və publisist Əlirza Xələfli, yazıçı, alim, biologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Mərkəzi Nəbatat Bağının aparıcı elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Sadıq Qarayev, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru İlham Həsənov, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair-dramaturq Asim Yadigar və AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair-publisist Elxan Yurdoğlu Bölmənin sədri, akademik İsmayıl Hacıyevlə görüşüblər.
Görüş zamanı qonaqlar müəllifi olduqları elmi və ədəbi nəşrləri akademik İsmayıl Hacıyevə təqdim ediblər. Akademik İsmayıl Hacıyev də, öz növbəsində, həm müəllifi olduğu əsərləri, həm də AMEA Naxçıvan Bölməsinin son illərdə çap olunan elmi nəşrlərini qonaqlara hədiyyə edib.
Səmimi və yaradıcı mühitdə keçən görüşdə elmin və ədəbiyyatın qarşılıqlı əlaqəsi, müasir Azərbaycan ədəbiyyatının elmi-nəzəri əsasları, Naxçıvanda aparılan elmi-tədqiqat işlərinin istiqamətləri barədə geniş fikir mübadiləsi aparılıb.
Elmi və ədəbi diskussiyalar şəraitində davam edən görüş səmimi söhbətlərlə müşayiət olunub. Sonda xatirə fotosu çəkilib.
Digər xəbərlər