NAXÇIVAN :

11 Aprel 2025, Cümə

Alyaska ştatında göyərtəsində 10 nəfərin olduğu təyyarə radarlardan itib

...

Alyaska ştatının səmasında 10 nəfərin olduğu təyyarə radarlardan itib.

"Şərq qapısı" TASS-a istinadən xəbər verir ki, bu barədə “Anchorage Daily News” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, “Bering Air” şirkətinə məxsus təyyarə Unalakleet şəhərindən Nome şəhərinə uçurdu. Təyyarədə doqquz sərnişin və bir pilot olub.

Hadisənin səbəbləri araşdırılır. Qəzetin qeyd etdiyinə görə, əlverişsiz hava şəraiti axtarış əməliyyatlarının aparılmasına mane olur.

Nəşr edilib : 07.02.2025 10:25