NAXÇIVAN :

09 May 2025, Cümə

Almaniya Federativ Respublikasının Federal Kansleri Zati-aliləri cənab Fridrix Mertsə

...

Hörmətli cənab Federal Kansler,
Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, dost Almaniya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram.
Azərbaycan-Almaniya əlaqələri geniş gündəliyə malikdir. Biz ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin bütün istiqamətlər, xüsusilə də iqtisadiyyat, ticarət, energetika, o cümlədən alternativ və bərpaolunan enerji, humanitar və digər sahələr üzrə inkişafına böyük əhəmiyyət veririk.
İnanıram ki, xalqlarımızın maraqlarına uyğun olaraq Azərbaycan ilə Almaniya arasında münasibətlərin bundan sonra da möhkəmlənməsi, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsi və yeni məzmunla zənginləşməsi üçün birgə səylər göstərəcəyik.
Bir daha Sizə səmimi təbriklərimi çatdırır, dost xalqınıza daim firavanlıq diləyirəm.
Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 may 2025-ci il

Nəşr edilib : 09.05.2025 11:07