NAXÇIVAN :

24 Aprel 2025, Cümə axşamı

Ali Məclisin Mətbuat xidmətinin məlumatı

...

Aprelin 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.

Sessiyanın dördüncü plenar iclasında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı, həmçinin “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi (ikinci oxunuş) və “Publik hüquqi şəxslər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi (ikinci oxunuş) müzakirə olunacaq.

Nəşr edilib : 24.04.2025 12:56