NAXÇIVAN :

27 Dekabr 2024, Cümə

Ali Məclis sədrinin birinci müavini Şərur rayonunda vətəndaşları qəbul edəcək

...

Dekabrın 27-si saat 15:00-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Şərur rayonunda vətəndaşları qəbul edəcək. Qəbul Şərur Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək.

Qəbula yazılmaq istəyənlər əvvəlcədən qeydiyyat üçün Şərur Rayon İcra Hakimiyyətinə və inzibati ərazi dairələri üzrə nümayəndəliklərə müraciət edə bilərlər.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib. Bu səbəbdən Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədovun Şərur rayonunda 26-sı dekabr tarixində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dekabrın 27-si saat 15:00-a dəyişdirilib.

Nəşr edilib : 26.12.2024 13:02