NAXÇIVAN :

12 Noyabr 2025, Çərşənbə

Aktauda keçirilən Türk Dünyası Film Festivalında azərbaycanlı ssenarist və aktyor mükafatlandırılıb

...

Aktauda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə təşkil olunan Türk Dünyası “Korkıt Ata” Beynəlxalq Film Festivalı baş tutub.
"Şərq qapısı" Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, festivalın proqramına 47 film daxil edilib. Beynəlxalq münsiflər heyəti müxtəlif janrlarda layihələri qiymətləndirib.
Taleh Yüzbəyov (Azərbaycan) “May be” filminə yazdığı ssenariyə görə “Ən yaxşı ssenari” mükafatını qazanıb.
Pərviz Məmmədrzayev (Azərbaycan) “Oil” filmindəki roluna görə “Ən yaxşı kişi rolu” nominasiyasının qalibi olub.

Nəşr edilib : 06.10.2025 19:58