NAXÇIVAN :

09 Aprel 2025, Çərşənbə

Akademik İsa Həbibbəyli: Kamal Soltanovun elmi yaradıcılığını yüksək qiymətləndiririk

...

Biz həmyerlimizin - uzun zaman Türkiyədə çalışan, Almaniyada tədris məsələləri ilə məşğul olan Kamal Soltanovun tədbirinə yığışmışıq. Həyatının çox hissəsini Azərbaycanda keçirmiş Kamal Soltanovun fəaliyyətini və elmi yaradıcılığını yüksək qiymətləndiririk.

"Şərq qapısı" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli “Navye-Stoks bərabərliyi” tənliyi barədə təqdimatda deyib.

Akademik qeyd edib ki, indiyə qədər Azərbaycandan Nobel mükafatına cəmi dörd dəfə müraciət olub: “Halbuki biz də bunu bacara bilərik. Ona görə özünəinamın formalaşdırılması vacibdir. Təşəbbüskar olmaq lazımdır. Belə bir mif var ki, elmlə bağlı mükafatları ancaq inkişaf etmiş ölkələrdən olan alimlər ala bilər. Bu mifi dağıtmaq lazımdır. Ona görə nəticəsindən asılı olmayaraq bir azərbaycanlının bu tənliyi həll edə biləcəyini elan etməsini, bu təşəbbüsünü dəstəkləməliyik”.

Nəşr edilib : 04.03.2025 15:13