Qadınlarla bağlı növbəti maarifləndirici tədbir ke...
22:06 21.04.2025
0
0
0
NAXÇIVAN :
22 Aprel 2025, Çərşənbə axşamı
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Ailə könüllüləri” ilə görüş keçirilib.
Görüşdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova ailə dəyərlərimizin qorunub saxlanılmasının və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini qeyd edib. Bildirilib ki, ailə dəyərlərinin qorunması və möhkəmləndirilməsi ən vacib sosial məsələlərdən biridir. Ailələrdə hörmət, birlik və qarşılıqlı yardım ön planda tutulur. Komitə tərəfindən ailə dəyərlərinin qorunmasını və inkişafını dəstəkləyən bir sıra layihələr həyata keçirilir ki, burada da əsas məqsəd ailə üzvlərinin rifahını artırmaq, xüsusən qadın və uşaqların hüquqlarını qorumaqdır. Bu kimi fəaliyyətlərdə mühüm əhəmiyyət kəsb edən “Ailə könüllüləri” layihəsinin icrası gənclərin potensialından daha səmərəli istifadə edərək cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, ölkəmizdə vüsət alan könüllülük hərəkatına töhfə vermək məqsədi daşıyır. Komitə tərəfindən icra olunan bu layihə və digər sosial dəstək təşəbbüsləri, ailələrin qarşılaşdığı çətinliklərə dəstək olmaqla yanaşı, cəmiyyətdə birlik və həmrəylik hissini artırır, nümunəvi ailələrin gənclər arasında təbliği daha əlçatan olur. Bir sözlə, bu təşəbbüs, Naxçıvanın sosial və mədəni həyatında mühüm əhəmiyyət daşıyır və ailələrin möhkəmlənməsi üçün önəmli bir addım hesab olunur.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova bildirib ki, komitənin ailə dəyərlərinin qorunmasına və ailə üzvlərinin rifahının artırılması istiqamətində həyata keçirdiyi bir sıra proqramlardan biri də “Ailə könüllüləri” layihəsidir. Könüllülər ailədaxili münasibətlərin gücləndirilməsi təşəbbüsü çərçivəsində məlumatlandırma və maarifləndirmə işlərinin aparılmasında komitə əməkdaşlarının əsas köməkçilərinə çevriliblər.
Komitənin şöbə müdiri Könül Babayeva təqdimatla çıxış edərək “Ailə könüllüləri” layihəsinin icrasına 2022-ci ildən başlanıldığını və bu müddət ərzində ailə dəyərlərinin təbliği istiqamətində könüllülərin fəaliyyətinin müsbət nəticələr veridiyini bildirib. Qeyd olunub ki, 2024-cü il ərzində komitə tərəfindən keçirilən tədbirlərdə, xüsusilə də Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar "Təbliğat-100" layihəsi çərçivəsində “Muxtariyyətin zəhmətkeş ailəsi” və “Yüzilliyin nümunəvi ailələrini tanıyaq” layihələrində, eləcə də digər tədbirlərdə Naxçıvan Dövlət Universitetinin tələbələri olan könüllülər fəal iştirak ediblər.
Könüllülərdən Naxçıvan Dövlət Universitetinin tələbələri Aidə Talıbova və Ləman Abbasova könüllülük fəaliyyəti müddətində qazandıqları təcrübədən danışıblar. Bu təcrübənin onların gələcək əmək fəaliyyətləri dövründə böyük əhəmiyyət daşıyacağına inandıqlarını qeyd edən tələbələr onlar üçün yaradılan şəraitə görə dövlətimizə minnətdarlıq ediblər.
Sonda “Ailə könüllüləri” layihəsinin iştirakçılarına komitənin təşəkkürnamələri təqdim olunub və xatirə fotosu çəkdirilib.
Digər xəbərlər