NAXÇIVAN :

24 Aprel 2025, Cümə axşamı

Aİ missiyasının fəaliyyətə başlamasından sonra Ermənistan Azərbaycanla sərhəddə çox sayda hərbi təyinatlı obyekt tikib

...

“Aİ-nin Ermənistandakı missiyasının fəaliyyətə başlamasından sonra Ermənistan tərəfindən Azərbaycanla sərhəddə çox sayda hərbi təyinatlı obyektlər tikilib”.

"Şərq qapısı" xəbər verir ki, bunu Milli Məclisdə “Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” mövzusunda keçirilən ictimai müzakirədə Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov deyib.

O bildirib ki, bu faktlar müşahidələr əsasında toplanıb: “Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası müharibədən sonra peyk görüntülərindən istifadə etməklə Azərbaycan-Ermənistan şərti sərhədində və Ermənistan-İran sərhədində baş verənlərlə bağlı təhlillər aparıb, təhlillər Aİ-nin gəlişinə qədər və gələndən sonrakı dövrü əhatə edib. 2020-2022-ci ilə ərzində Ermənistan tərəfindən sərhəddə 20-yə yaxın hərbi təyinatlı tikili inşa edilib. 2022-ci ildən Ermənistana Aİ missiyasının gəlişindən sonra isə sərhəddə 70-yə yaxın hərbi təyinatlı obyektlərdə tikinti və yenilənmə işləri aparılıb. Bunların çoxu Sünik, Tavuş, Ararat və digər sərhəd bölgələrindədir”.

Nəşr edilib : 24.04.2025 11:50