NAXÇIVAN :

31 Yanvar 2025, Cümə

Aİ Ermənistandakı müşahidə missiyasının mandatını 2027-ci ilədək uzadıb

...

Avropa İttifaqı (Aİ) təşkilatın Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatını daha iki il – 19 fevral 2027-ci ilədək uzadıb.

"Şərq qapısı" xəbər verir ki, müvafiq qərarın mətni qurumun saytında yerləşdirilib.

Missiyanın büdcəsi isə 20 fevral 2025-ci il tarixdən etibarən 44 milyon avroya çatdırılacaq.

Qeyd edək ki, sözügedən missiyanın tərkibində Aİ-yə üzv 25 ölkə və Kanadanın təmsilçiləri yer alır.

Nəşr edilib : 30.01.2025 17:05