NAXÇIVAN :

13 Mart 2025, Cümə axşamı

Agentlik: Ötən ay 3,9 min şəxsə əlillik təyin edilib

...

Bu ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 3,9 min şəxsə əlillik təyin edilib.

"Şərq qapısı"nın məlumatına görə, agentliyin mətbuat xidmətindən bildirilib ki, onlardan 1,7 mininə ilkin, 2,2 mininə isə təkrar əlillik təyinatı aparılıb.

Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.

Nəşr edilib : 12.02.2025 11:14