NAXÇIVAN :

16 Yanvar 2026, Cümə

Ağdərədə mina hadisəsi zamanı bir nəfər xəsarət alıb

...

İşgaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba kəndi ərazisində mina hadisəsi baș verib.
"Şərq qapısı" Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə  (ANAMA) istinadən xəbər verir ki, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1988-ci il təvəllüdlü Kərimov Elvin Həmiddin oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb. Həmin şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya olunub.
Xəsarət alan şəxs rayon mərkəzi xəstəxanasına təxliyə edilib, vəziyyəti qənaətbəxşdir.

Nəşr edilib : 11.01.2026 15:01