NAXÇIVAN :

23 Fevral 2025, Bazar

Ağbulaq İstirahət Mərkəzində ikigünlük növbəti istirahət təşkil olunub

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının ittifaq üzvlərindən 52 nəfərin Ağbulaq İstirahət Mərkəzində ikigünlük istirahəti təşkil olunub.
Fevralın 22-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının ittifaq üzvlərindən növbəti 52 nəfərin Ağbulaq İstirahət Mərkəzində ikigünlük istirahəti təşkil olunub. Mərkəzdə təşkil olunan canlı musiqi, intellektual bilik yarışı, şahmat, stolüstü tennis və cizgi film personajlarının iştirakı ilə baş tutan digər əyləncəli oyunlar da ittifaq üzvlərinin asudə vaxtlarını mənalı və yaddaqalan edib.
Qeyd edək ki, şuranın ittifaq üzvləri aldıqları yollayışların dəyərinin cəmi 15 faizini ödəməklə mərkəzdə xizək meydançasından, kanat xəttindən, gündə 3 dəfə dadlı təamlardan və yaradılan bütün şəraitlərdən faydalanaraq vaxtlarını səmərəli keçiriblər.

Nəşr edilib : 23.02.2025 16:43