Anaklaudia Rossbax: Şəhərsalma və mənzil məsələlər...
16:15 20.05.2026
0
0
0
Hazırda “Azərbaycan Dəmir Yolları” QSC azad edilmiş ərazilərdə dəmir yolu infrastrukturunun inkişafı istiqamətində fəal iş aparır.
"Şərq qapısı" xəbər verir ki, bu barədə ADY-nin aparıcı mütəxəssisi Suliddin Bağırov WUF13 çərçivəsində təşkil olunan “Azərbaycan Dəmir Yollarının şəhərlərin inkişafı və urbanizasiyada rolu” infosessiyası zamanı bildirib.
Onun sözlərinə görə, xüsusilə işğal dövründə yararsız vəziyyətə düşmüş Ağdam-Xankəndi dəmir yolu xəttinin yenidən qurulması və bərpası üzrə intensiv işlər davam etdirilir.
“Hazırda həmin dəmir yolu xəttinin bərpası çərçivəsində fiziki işlərin icra səviyyəsi 40%-ə yaxındır”, – deyə Suliddin Bağırov qeyd edib.
O əlavə edib ki, dəmir yolu infrastrukturunun bərpası baxımından digər mühüm istiqamətlərdən biri də Horadiz-Ağdam dəmir yolu xəttidir. Bu istiqamətdə aparılan işlərin icra səviyyəsi hazırda 72%-ə çatıb.
“Bu layihə başa çatdıqdan, həmçinin Zəngəzur dəhlizinin yaradılması prosesi tamamlandıqdan sonra “Azərbaycan Dəmir Yollarına” məxsus sərnişin qatarları Naxçıvana qədər hərəkət edə biləcək”, – deyə Suliddin Bağırov vurğulayıb.
Digər xəbərlər