NAXÇIVAN :

27 Iyul 2026, Bazar ertəsi

Adil Kərimli və Anar milli ədəbiyyatın inkişafı ilə bağlı məsələləri müzakirə ediblər

...

Mədəniyyət naziri Adil Kərimli iyulun 27-də Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüşüb.
Nazirlikdən bildirilib ki, görüşdə ölkədə ədəbi prosesin inkişafı, müasir Azərbaycan ədəbiyyatının dəstəklənməsi, kitabxana işinin təkmilləşdirilməsi, mütaliə mədəniyyətinin təşviqi, gənc yazarların yaradıcılıq imkanlarının genişləndirilməsi və bu istiqamətdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
Söhbət zamanı, həmçinin dövlət sifarişi əsasında istehsal olunan filmlər üçün ədəbi əsərlərin seçilməsi, ssenarilərin hazırlanması, Azərbaycan ədəbiyyatının təbliği, eləcə də görkəmli Azərbaycan ədiblərinin həyat və yaradıcılığına həsr olunan filmlərin çəkilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər dövlət qurumları ilə ictimai institutlar arasında əməkdaşlığın daha da gücləndirilməsinin milli ədəbiyyatın inkişafına, mütaliə mədəniyyətinin təşviqinə və ölkənin mədəni həyatının zənginləşməsinə mühüm töhfə verəcəyini vurğulayıblar.

Nəşr edilib : 27.07.2026 23:07