NAXÇIVAN :

03 May 2026, Bazar

"Açıq qapı" ayı elan edilib

...

Noyabr ayı "Autizmli Uşaqlara Dəstək" İctimai Birliyinin "Açıq qapı" ayı elan edilib.
Aylıq çərçivəsində hərbi kollecin və hərbi liseyin müəllim heyəti Autizm Mərkəzini ziyarət edib, mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar. Ziyarət zamanı birliyin təsisçisi Ayaz Seyidli ziyarətçiləri mərkəzdə görülən işlər, autizmli uşaqlar üçün həyata keçirilən reabilitasiya və terapiya proqamları, layihələr və aylıq üzvlük sistemi barədə məlumatlandırıb. 
Ziyarət interaktiv suallar və fikir mübadiləsi ilə yadda qalıb.

Nəşr edilib : 24.11.2025 11:41