NAXÇIVAN :

04 Avqust 2026, Çərşənbə axşamı

ABŞ və İran Hörmüz boğazının avqustun 4-dək tam açılmasını müzakirə edirlər

...

ABŞ Prezidenti Donald Tramp ABŞ ilə İran arasında Hörmüz boğazında normal gəmiçiliyin 4 avqusta qədər bərpası ilə bağlı müzakirələrin aparıldığını açıqlayıb.
“Şərq qapısı” xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən söyləyib.
"Biz Hörmüz boğazını müzakirə edirik. Onu sabah, sözün əsl mənasında, açacağıq. Tam açılış. Bu, ilk mərhələ olacaq", – deyə ABŞ Prezidenti bildirib.

Nəşr edilib : 03.08.2026 23:16